Türkiyə ABŞ-ın Suriyada istifadə etdiyi aerodromu bombaladı

21 января 2018 10:16

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə təyyarələri YPG-yə silahlandırılmasında ABŞ-ın Suriyada istifadə etdiyi "Minninq" aerodromuna zərbələr endiriblər.

APA-nın "Hurriyet"ə istinadən verdiyi xəbərə görə, "Minninq" aerodromu Afrindəki "Zeytun budağı" əməliyyatı çərçivəsində zərbələrin endiriləcəyi 113 hədəfin siyahısına əvvəlcədən daxil edilib.

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

 

Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində əvvəlcədən nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!