Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə edib

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə və İranın baş qərargah rəisləri Hülusi Akar və Məhəmməd Hüseyn Baqiri telefon söhbəti zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin hərbi idarəsinin məlumatında deyilir.

"Tərəflər telefon söhbəti zamanı Suriyada təhlükəsizlik məsələlərini müzakirə ediblər, həmçinin terror təşkilatları ilə mübarizədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar", - deyə sənəddə qeyd olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.