Binəqədidə iki evi qarət edən həbs edildi

Day.Az представляет новость на азербайджанском языке

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Day.Az teleqraf.com-a istinadən bildirir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Zaur Abbasov hıbs edilib.

Onun ötən ilin mart və noyabr aylarında rayon ərazisindəki 2 həyətyanı sahədən kombi aparatı, 60 metr elektrik naqili, samovar və xalça oğurlaması da müəyyən edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.