Kürd yaraqlıları Türkiyə tankını atəşə tutdular

22 января 2018 00:33

Day.Az представляет новость на азербайджанском языке

Kürd özünümüdafiə dəstələrinin (YPG) yaraqlıları tank əleyhinə "TOW" raket kompleksindən Türkiyəyə məxsus "Leopard 2A4" tankını atəşə tutublar.

Day.Az oxu.az-a istinadən bildirir ki, təqdim olunmuş kadrlara əsasən, idarəolunan raket tankın qülləsinə dəyib və tüstü pərdəsi asmaq üçün qurğunu zədələyib.

Tankın hücumdan sonrakı şəkillərini türk əsgərləri yayıblar.

Qeyd edək ki, raket tankın zirehini deşsə idi, tuşlayıcı və komandirin sağ qalmaq üçün heç bir şansı olmayacaqdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!