Dima Bilan Nigar Camalla bağlı paylaşım etdi

Day.Az представляет новость на азербайджанском языке

Rusiyalı müğənni Dima Bilan Nigar Camalla oxuduğu dueti ilə bağlı paylaşım edib.

Day.Az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi "Obnimi menya" adlı mahnıya çəkilən klipi paylaşaraq onun 10 milyondan çox izləndiyini vurğulayıb.

"İzləyicilərə təşəkkür edirəm. Nigar Camalla duetimiz bu gün 10 milyon izlənib" deyə, Bilan paylaşımında yazıb.

Qeyd edək ki, Klip 2013-cü ildə lentə alınıb. Bilan və Nigar ötən yay baş tutan "Jara" festivalında mahnını birlikdə səsləndiriblər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.