İzzət 9-cu dəfə ata oldu - uşağa adı Ərdoğan qoydu

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış müğənni İzzət Yıldızhan 9-cu dəfə ata olub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni bu müjdəni Kıbrısda konserti zamanı sevənləri ilə bölüşüb. İzzət yeni doğulan oğluna prezident Rəcəb Tayyib Ərdoğanın Həmzə adını qoyduğunu bildirib: "Prezidentimiz bu adın oğluma yaraşacağını dedi".
 
Qeyd edək ki, indiyədək heç vaxt nikah bağlamayan İ.Yıldızhan müxtəlif qadınlarla münasibətdə olmuş və 8 uşağı dünyaya gəlib. 6 oğlu, 2 qızı olan müğənni evlənməməsinin səbəbini aşiq olmaması ilə əlaqələndirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.