Barak Obama şahzadənin toyuna çağırılmadı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın sabiq prezidenti Barak Obama ilə Britaniya şahzadəsi Harri arasında dostluq münasibətləri var.

Fəqət, şahzadə Harri amerikalı nişanlısı Meqan Marklla toyuna Obamanı dəvət etməyəcək.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sabiq prezidentin toya dəvət almamasının səbəbi Britaniya və ABŞ arasındakı münasibətlərin həddən ziyadə gərilməsidir.

ABŞ prezidenti Donald Tramp Londonda ölkəsinin səfirliyinin yeni binasının açılış mərasiminə qatılmaqdan imtina edib. Üstəlik, son həftələrdə Londonla Vaşinqton arasında az qala "soyuq müharibə" yaşanır.

Buna görə də Trampı bəyənməyən rəsmi Londonun sabiq prezident Obamanı şahzadə Harrinin toyuna çağırması ABŞ prezidentini faktiki olaraq aşağılamaq sayıla bilərdi.

Toyda kolumbiyalı Şakiranın oxuyacağı vurğulanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.