Türk əsgərdən ailəsinə ürək dağlayan sözlər

Day.Az представляет новость на азербайджанском языке

Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatına qatılan türk əsgərlərilə bağlı hazırlanan bir reportaj hər kəsi duyğulandırıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, əsgər ona ünvanlanan suallara qısa, amma çox təsirli cavablar verib. 

Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-ni Afrindən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Əməliyyatın ikinci günündə tankların müşayiəti ilə Afrinə daxil olan əsgərlər terrorçuları bölgədən təmizləməyə başlayıb.

Bölgədə olan əsgərlə bağlı hazırlanan reportajda mehmetcik ona ünvanlanan "İstiqamət haradır?" sualına "Qızıl alma" deyərək cavablandırıb.

Ailəsinə mesaj göndərən mehmetcik: "Bizi gözləməsinlər" deyib. Türkiyəyə də mesaj göndərən əsgər "Bu vətəni heç kim bölə bilməz" ifadəsini işlədib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Əsgərdən ailəsinə ürək dağlayan sözlər