Avroparlamentari: "Azərbaycanla Aİ arasında hərtərəfli saziş tam dəstəyə layiqdir"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan bir çox istiqamətlərdə Avropa İttifaqının (Aİ) strateji tərəfdaşıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin iclasında çexiyalı avroparlamentari Yan Zahradil deyib.

Azərbaycanla Aİ arasında hərtərəfli saziş barəsində danışan Y.Zahradil bildirib ki, bu sənəd tam dəstəyə layiqdir.

O həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mürəkkəb vəziyyətini də qeyd edib: "Gəlin, səmimi olaq. Bu ölkəyə qarşı hər zaman ədalətlə yanaşmayıblar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.