Qurban Qurbanov "Qarabağ"dan ayrılır? - Açıqlama

23 января 2018 15:55

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov "Qarabağ"dan ayrılmaq fikrində deyil.

Day.Az xəbər verir ki, millinin baş məşqçisi təyin edildikdən sonra Ağdam klubundan ayrılmasının mümkünlüyünə dair səslənən fikirlərə münasibət açıqlayan 46 yaşlı mütəxəssis qeyd edib ki, bu ilin yayına qədər "Qarabağ"la müqaviləsinin müddətini uzadıb:

"Qarabağ"dan ayrılmaq barədə düşünmürəm. Müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Bu komanda mənim üçün çox doğmadır. Doqquz ildir "Qarabağ"dayam. Belə fikir nə məndə, nə rəhbərlikdə olub. Həmişə uzunmüddətli əməkdaşlıq barədə danışmışıq. "Qarabağ" və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli yerləridir. İşim ağır olsa belə, klubdan ayrılmaq barədə fikrim yoxdur" - deyə Q.Qurbanov bildirib.

Region Plus

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!