Qədim eksponatlar belə bərpa edilir - Bərpa Mərkəzindən REPORTAJ - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində yaşı 19-cu əsrə dayanan xalçanın və eyni əsrin boxçasının, 1939-cu ilə aid sazın və 1926-cı ildə çap olunan Molla Nəsrəddin jurnalının restavrasiyası aparılır.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Mərkəz eksponatların qorunması və bərpası ilə məşğul olur. Çünki muzeylərdə ekspozisiya olunan əşyalar zaman-zaman eroziyaya məruz qalır. Tapılan yeni tarixi əsərlər də burda təmizlənmədən nümayiş olunmur. Mərkəz, Elmi-Tədqiqat, Dekorativ-Tədbiqi, Rənkarlıq, Qrafika və Dekorativ sənət olmaqla 5 şöbədən ibarətdir.
Mərkəzin 45 işçisindən 25-i bərpaçıdır. Bura tək Bakıdan yox, respublikanın bütün regionlarından eksponatlar gətirilir. Bərpaçılara əşya üzərində yenilik etmək səlahiyyəti verilmir. Onlar bərpa işlərini əslinə xələl gətirmədən, xüsusi incəliklə həyata keçirməlidir.
Burada rəsm əsərlərindən tutmuş, qəzet, mebel, məişət əşyasına qədər hər şey restavrasiya olunur. Hər əşyanın öz saxlanma temperaturu olduğundan bəziləri daha soyuq havada bərpa olunur.
Qeyd edək ki, Mərkəz Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bütün muzeylərdə yerləşən eksponatları təmənnasız şəkildə bərpa edir. Özəl əşyalar isə tender yolu ilə əvvəlki vəziyyətinə qaytarılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре