Bakıda gecə saatlarında ötüşən iki avtomobil qəza törətdi

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az azxeber.com-a istinadən xəbər verir ki, hadisə dünən, gecə saatlarında baş verib. 

Belə ki, Nobel prospektində iki "Mercedes" markalı avtomobil ötüşüb. Ötüşmə zamanı "Mercedes"in biri yol qaydalarına zidd olaraq sağdan "Chevrolet" markalı maşını ötüb.

Onun ardınca ikinci "Mercedes" markalı avtomobil də təhlükəli manevri təkrarlamaq istəyib. Lakin sürücü avtomobilin idarəetməsini itirərək "Chevrolet" markalı avtomobilə çırpılıb.

Hadisə videoqeydiyyatçı vasitəsilə lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda ötüşən avtomobil qəzaya düşdü