"Shacman" betondaşıyan maşına çırpıldı: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Qazax magistralında iki yük maşınının toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə magistralın Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Shacman" markalı yük maşını ilə betondaşıyan maşın toqquşub. Zərbənin gücündən "Shacman" markalı yük maşını dərəyə aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: