"Spice Girls" qayıdır - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Bir zamanlar dünyanın ən populyar pop qruplarından olmuş "Spice Girls" yenidən bir araya gələrək konsert vermək niyyətindədir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 42 yaşlı Mel Bi, 43 yaşlı Viktoriya Bekhem, 42 yaşlı Emma Banton, 44 yaşlı Mel Si və 45 yaşlı Heri Horner dünən Londonda toplanaraq müzakirələrə başlayıblar.
"Pop-musiqi sahəsində belə "bərpa"nın olacağını kimsə ağlına gətirə bilməzdi. Uzun sürən danışıqlardan və müzakirələrdən sonra Viktoriya Bekhem yeni konsretə razılaşıb. İndi bu ilin sonunadək yeni layihələr barədə düşünmək gərəkdir", - layihə ilə bağlı insayderlərdən biri deyib.
Yeni konsert turnesində, sadəcə, konsertlər olmayacaq. "Spice Girls" ən yaxşı hitlərini ifa edəcək, telekanallarda istedadlar axtarışı olan şoular təqdim edəcək, Çində müxtəlif tədbirlərə qatılacaq.
Bütün bunların sayəsində qrup üzvlərinin hər biri 10 milyon funt-sterlinq qacanacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре