"Özü və Allahı bilsin"

Day.Az представляет новость на азербайджанском языке

Meyxanaçı Namiq Qaraçuxurlu eks sevgilisi xalq artisti Aygün Kazımovanın onu "ATV maqazin onlarla" verilişində "Hit-parad" rubrikasından çıxarmasına münasibət bildirib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Kazımovanı başa düşmədiyini söyləyib:

"Mənim haqqımda atdığı addımlara bacardığım qədər fikir vermirəm. Ona şərh vermək istəmirəm. Düzünü, yalanını özü bilər. Mənə şəfa diləməyi ilə onluqdan çıxarması üst-üstə düşmədi. Kim nə edirsə, özü və Allahı bilsin".

Namiq Aygünün "Namiq Miri Yusifin mahnısında sözləri başa düşmədiyini deyir. Nə danışırsan? Gedib ən uğurlusuna sataşır" sözlərinə də cavab verib:

"Şadam ki, Aygün artıq sözlərə də dəyər verməyə başlayıb. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır. O da Aygünün fikridir... Elə cümlələr var ki, Azərbaycan dilindən xəbəri olmayana, qrammatika bilməyənə yaxın gəlir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.