https://news.day.az/azerinews/976808.html Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək

Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək

Azərbaycanca, 12 февраля 2018 14:29 (UTC +04:00) 950
Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək.

Day.Az report-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanov doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.  

Məlumata görə, 1971-ci il təvəllüdlü Namiq İnayət oğlu Qəhrəmanov uşaq vaxtlarından Rusiyaya gedib. Onun Orsk şəhərində tikiş sexi olub. Məlumata görə, N.Qəhrəmanov sexi rusiyalı qadın biznesmenlə şərkinə işlədirmiş. 

Qeyd edək ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости