Canavarlar evə hücüm etdi

Day.Az представляет новость на азербайджанском языке

Yevlax rayonunda canavarlar fərdi yaşayış evinə hücum edib.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini Nasir Musif oğlu Məmmədovun həyətinə hücum edən yırtıcılar 5 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 10 baş xırdabuynuzlu heyvanı isə yaralayıblar. Daha sonra vəhşi heyvanlar aynabəndin şüşələrini qıraraq evə soxulmağa çalışıblar. Lakin evin sakinləri canavarların evə girməsinin qarşısını alıblar.  

Hadisə yerinə Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.