45 yaşlı Kemeron Dias ilk dəfə ana olacaq

14 февраля 2018 10:59

Day.Az представляет новость на азербайджанском языке

45 yaşlı Hollivud ulduzu Kemeron Dias hamilədir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə aktrisaya yaxın mənbə məlumat yayıb. O bildirib ki, 38 yaşlı musiqiçi Benji Meddenlə ailəli olan Kemeron çətinliklə də olsa, hamilə qala bilib. Dias ana olmaq üçün süni mayalanmadan istifadə edib.

Qeyd edək ki, bu, 2015-ci ildə ailə quran Kemeronun ilk hamiləliyidir. Aktrisa daha əvvəl açıqlamalarının birində ana olmaq istəmədiyini, uşaq böyütməyin əziyyətli bir iş olduğunu bildirmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!