Bakıda vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu
Day.Az представляет новость на азербайджанском языке
"Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub".
Day.Az xəbər verir ki, bunu Trend-ə institutunun direktoru Həqiqət Qədirova deyib.
Hazırda bu məsələnin araşdırıldığını deyən H.Qədirova qeyd edib ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:
"Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün".
"Məktəbdə həm şagirdlərin, həm də müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən 1 həftə ərzində başa çatacaq. Ondan sonra məktəbdə vərəmlə bağlı vəziyyətin necə olduğu aydın olacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре