Türkiyənin tanınmış idmançı öldü

Day.Az представляет новость на азербайджанском языке

Isparta-Afyonkarahisar avtomobil yolu üzərində meydana gələn yol qəzasında atıcılıq üzrə Türkiyənin milli idmançısı Rüveyda Gülər ilə yoldaşı həyatını itirib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Isparta- Afyonkarahisar Avtomobil Yolu üzərində nəzarətdən çıxan avtomobilin dirəyə çırpılması nəticəsində meydana gələn yol qəzasında 2 nəfər ölüb.

Verilən məlumata görə, qəza gecə saat 03.30 sıralarında meydana gəlib.

İddiaya görə, 32 AR 294 nömrəli avtomobil, Ballada Qovşağında sürücünün nəzarətindən çıxaraq istiqamət lövhələrinin yerləşdiyi dirəyə dəyib.

Qəzada sürücü və yanında sərnişin kimi olan Rüveyda Gülər faciəvi şəkildə can verib.

Vəziyyətin xəbər verilməsi ilə hadisə yerinə 112 Təcili Xidmət, Polis və Jandarm dəstələri sövq edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.