Azərbaycanla Şengen zonası arasında vizasız rejim tətbiq oluna bilər

Day.Az представляет новость на азербайджанском языке

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində rəsmi Azərbaycanın Şengen zonası ilə vizasız rejimin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib ki, Azərbaycanla Şengen zonası arasında vizasız rejim tətbiqinə dair imkanlar var: 

"Azərbaycanla Şengen zonası arasında vizasız rejim məsələsi Azərbaycan və Avropa İttifaqı arasında sadələşdirilmiş vizasız rejim və readmissiya haqqında saziş əsasında tənzimlənir. Biz hesab edirik ki, bu saziş çərçivəsində əldə edilmiş nəticələr vizasız rejimin libarellaşdırılması məsələsində əməkdaşlıq üçün imkanlar açır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.