"Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq"

Day.Az представляет новость на азербайджанском языке

Suriya dəfələrlə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməkdə günahlandırılsa da, Şam bunu həmişə təkzib edib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də bu silahların məhv edildiyi təsdiqlənib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında jurnalistlərə Suriyanın kimyəvi silahdan istifadə etməsi ilə bağlı açıqlama verib. O, bildirib ki, Suriyanın mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, həmin silahların saxlandığı baza vurulacaq.

"Suriyanın kimyəvi silahlarının saxlanıdığı bazanı vuracağıq. Bu gün kimyəvi silahdan istifadə edilməsi ilə bağlı sübut yoxdur. Amma buna dair sübut tapılsa, mən bunu edəcəm", - Makron söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.