Azərbaycanda vəkil vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın gənc vəkillərindən olan Azər Qasımov dünyasını dəyişib.

Day.Az Axar.az-a istinadən xəbər verir ki, gənc vəkil bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. A.Qasımovun ölümünə də tutulduğu xərçəng xəstəliyi səbəb olub.

Vəkil Xəzər Universitetinin hüquq fakultəsini bitirib. 30 yaşı var idi. Vəkillər Kollegiyasının üzvü olmaq üçün ilk mərhələdən uğurla keçmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.