QHT-lər Azərbaycanın işıqlı sabahı, xalqımızın gələcək rifahı naminə İlham Əliyevə səs verməyə çağırırlar

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakıda qeyri-hökumət təşkilatlarının (QHT) ümumrespublika konfransı keçirilib.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, konfransı açan Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışıb: "Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində beynəlxalq arenada nüfuzu artan Azərbaycan söz sahibinə çevrilib. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir. Bu da Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrilməsindən xəbər verir".

Qeyd olunub ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində əsas yeri əhalinin sosial rifahının yaxşılaşdırılması, vətəndaş cəmiyyətinin inkişafı tutur. Vətəndaş cəmiyyətinin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətləri yüksək qiymətləndirirlər və bundan sonra da respublikamızın inkişafı istiqamətində atılacaq hər addımda dövlətimizin başçısını dəstəkləyəcəklər.

Konfransda çıxış edən müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.

Sonda Azərbaycan QHT-lərinin ümumrespublika konfransı nümayəndələrinin prezident seçkiləri ilə bağlı müraciəti qəbul edilib.

Müraciətdə ümumrespublika konfransının nümayəndələri vətəndaşlarımızı aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə, Azərbaycanın işıqlı sabahı, xalqımızın gələcək rifahı naminə İlham Əliyevə səs verməyə çağırırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.