Gələcəkdən gəldiyini iddia edib

Day.Az представляет новость на азербайджанском языке

Aleksandr Smit adlı bir nəfərin internetdə verdiyi "müsahibə" tezliklə yayılaraq ən çox izlənən videolardan biri oldu.

Metbuat.az xəbər verir ki, müsahibədə gələcəkdən gəldiyini deyən Smit, 2118-ci ilə aid olduğunu iddia etdiyi bir foto göstərir

Gizli bir MKİ layihəsinin hissəsi kimi gələcəyə göndərildiyini və 2118-ci ildən günümüzə gəldiyini iddia edən Smit, MKİ-nin özünü axtardığını və həyatının təhlükədə olduğunu düşündüyü üçün gizləndiyini deyir.

Hekayəsinə inanmayanları da "yola gətirmək istəyən" Smit, 2118-ci ildən gətirdiyini iddia etdiyi fotoşəkil göstərir.

Cibindən çıxardığı aşağı keyfiyyətli bir fotonu kameraya yaxınlaşdıran adam zamanda səyahət etdiyi üçün fotonun pozulduğunu iddia edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.