Əməkdar artist: "Aktyorla evli idik, eyni teatrda çalışırdıq"

Day.Az представляет новость на азербайджанском языке

Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Nahidə Orucova şəxsi həyatıyla bağlı maraqlı açıqlamalar verib.

Day.Az xəbər verir ki, aktrisa ölkə.az-ın əməkdaşıyla söhbətində bildirib ki, gənclik illərində ailəsini şəxsi həyatına qurban verdiyinə peşmandır:

"Aktyorla evliydik, eyni teatrda çalışırdıq. Bəlkə də ailəmi sənətimə qurban verməməliydim. Amma artıq gecdir".

Aktrisa simpatiya bəslədiyi xarici məşhurların, həmçinin ailə qurmaq istədiyi azərbaycanlı aktyorun adını da açıqlayıb. 

Qeyd edək ki, aktrisanın geniş müsahibəsini sabah saytımızdan oxuya bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.