"Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb" - İcra Hakimiyyəti

14 февраля 2018 15:48

Day.Az представляет новость на азербайджанском языке

Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar.

Day.Az xəbər verir ki, bunu report-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!