Aşıq Namiq məhkəmədə ifadə verdi: "39 min 500 manat pulumu tələb edirəm"

14 февраля 2018 15:49

Day.Az представляет новость на азербайджанском языке

Elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli bilmədiklərini söyləyib. 

Day.Az-ın report-a istinadən xəbərinə görə, prosesdə zərərçəkmiş qismində Habil Hənifəyev ifadə verib. O, R.Babayevi tanıdığını, E.Hüseynovu isə onun yanında gördüyünü deyib: "2014-cü ildə Rəşad mənə şirkətin satışda kompüterinin olduğunu dedi. Mən də Namiqə zəng edib, bu barədə söylədim. Rəşad gəlirdən mənə 3 faiz verəcəkdi".

H.Hənifəyev R.Babayevə kompüter biznesi ilə bağlı 53 min 500 manat pul verdiyini ifadə edib: "Həmin puldan 13 min 500 manat pul qaytarıb. Bu da biznesdən gələn gəlirdi. Onda 40 min manat pulum qalıb. Rəşad Babayev Müdafiə Nazirliyində çalışan Qorxmaz Qarayevin adından istifadə edirdi. İşlə bağlı Rəşadla telefonda yazışmalarımız da olub".

Digər zərərçəkmiş Aqil Məmmədov dindirilən zaman qohumu Habil Hənifəyevin kompüter biznesi ilə məşğul olduğunu deyib: "2015-ci ildə onları bir yerdə gördüm. Habil iş barədə danışdı. Rəşada ümumilikdə 70 min 550 manat pul verdim".

Hakim digər zərərçəkmiş Aşıq Namiq Hüseynovu xəbərdarlıq edib. Bildirib ki, zərərçəkmiş şəxş ifadə verən zaman heç kəs yerindən danışmalı deyil.

Daha sonra Aşıq Namiq ifadə verib. O, təqsirləndirilən R.Babayevə 54 min 500 manat pul verdiyini söyləyib: "Pulu kompüter biznesi ilə bağlı vermişəm. Onlardan bir qismini qaytarıb və 39 min 500 manat pulumu tələb edirəm".

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib: "Dünən Rəşadın qardaşı Zaur Babayev zəng vurmuşdu. Onunla görüşdə dedi ki, "ziyanı qaytaracağıq, istəmirik Rəşad tutulsun, siz də ərizəni geri götürün". Hətta ilkin olaraq, o, 5 min manat qaytaracaqlarını bildirdi. Görüş zamanı Habil və Adil də mənlə bir yerdə idi. Zaur Habillə Adilin də şikayətlərini geri götürmələrini istədi".

Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!