Türkiyədə ilin transferi: dünya ulduzu gəlir

Day.Az представляет новость на азербайджанском языке

"Beşiktaş" "Mançester Yunayted"in futbolçusu Marouane Fellainini yayda heyətinə qatacaq.

Day.Az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.

The4thofficial.net saytının məumatına görə, "Beşiktaş" belçikalı ulduzla artıq anlaşıb və tərəflər ilkin protokol imzalayıb. Fellaininin mövsümün sonunda müqaviləsi başa çatacaq və "Beşiktaş"a pulsuzgələcək.

"Mançester Yunayted"in artıq Fellainini Türkiyəyə yollanmaqdan vaz keçirmək üçün heç bir şansının qalmadığını yazan sayt baş məşqçi Joze Mourinyonun artıq onun yerinə futbolçu axtarışına başladığını qeyd edir.

Qeyd edək ki, "Mançester Yunayted" Fellainini 2013-cü ildə "Everton"dan 32,4 milyon avroya alıb. O, cari mövsümdə zədələnənə qədər 16 rəsmi oyunun hamsında forma geyinərək 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.