MSK daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədi

14 февраля 2018 16:57

Day.Az представляет новость на азербайджанском языке

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudov, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin təsdiq edilməsi məsələsinə baxılıb və təsdiq edilib.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!