Akif Əlizadə mövzuları geri qaytarmalarının SƏBƏBİNİ açıqladı

14 февраля 2018 17:26

Day.Az представляет новость на азербайджанском языке

Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışında deyib.

A.Əlizadə 1 ay əvvəl elan etdikləri müsabiqəyə eyni mövzuda olan layihələrin nəticələrindən narazı qaldığını da açıqlayıb:

"Akademiyanın özünün maliyyəsinin bir o qədər də çox olmadığı dövrdə elmi-texniki proqramlar üzrə respublika müsabiqəsi elan etdik. Əfsuslar olsun ki, 70-dən artıq layihə təqdim olunub, onlardan yalnız 16-sı ekspertizadan keçib. Ümumilikdə layihələr təkrar mövzular üzrə olub. Müsabiqəyə təqdim olunan layihələr o qədər innovativ olmalıdır ki, biz ona maliyyə ayıraq. Ona görə də bütün mövzuları geri qaytarırıq".

O əlavə edib ki, bölmələr özü seçim etməlidirlər: "Akademiya maksimum 10-12 proqramı maliyyələşdirə biləcək. O proqramların arxasında da böyük elmi əsaslandırma olmalıdır. Burada elə yeni istiqamət olmalıdır ki, onlar gələcək elmə töhfə versinlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!