Paytaxtın bu hissəsində su kəsiləcək

Day.Az представляет новость на азербайджанском языке

Sabah Bakının Nərimanov rayonunun bir hissəsində su məhdudiyyətlə veriləcək.

"Azərsu" ASC-dən Day.Az-a verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Təbriz küçəsi boyu ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.