Dünyanın ən nazik noutbuku təqdim olundu

Day.Az представляет новость на азербайджанском языке

"Asus" şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ən nazik noutbukun satışına başlayıb.

Milli.Az ICTnews-a istinadən xəbər verir ki, "ZenBook 13" ("UX331") modeli "IPS" matrisli 1920x1080 piksel təsvir ölçülü 13,3 düymlük sensor ekranla təchiz edilib və qalınlığı 14 mm, çəkisi isə 1,12 kq-dır.

Bundan başqa, "Asus" şirkətinin yeni məhsulu bazarda ən yaxşı oyun ultrabuku hesab edilə bilər: 2 QB-lıq yaddaşa malik "Nvidia GeForce MX150" videokartına malikdir. Həmçinin aparat dördnüvəli "Intel Core i5" prosessoru, 8 QB-lıq əməli yaddaş (LPDDR3), 256 QB tutumunda "SSD" daşıyıcı, 3 ədəd "USB 3.0" portu, təsvirin kənar ekranda göstərilməsi üçün "HDMI 2.0" interfeysi, "microSD" slotu və iki diapazonlu "802.11ac Wi-Fi" ilə təchiz edilib.

"ZenBook 13" noutbuku "Windows 10" əməliyyat sisteminin "Home" versiyasının nəzarəti altında işləyir. Akkumulyator batareyası sözügedən qurğunun təxminən 14 saat müddətində avtonom işləməsinə imkan verir. Noutbuk 50 dəqiqə müddətində 60%-dək enerji toplayır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.