ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışma: 3 nəfər yaralandı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları yollanıb. Bir nəfər saxlanılıb.

 

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.