Birgəyaşayış rəsmi nikaha "uduzur" - SORĞU

Day.Az представляет новость на азербайджанском языке

Bakı sakinləri rəsmi nikah olmadan birgə yaşamağa mənfi baxır (81%).

Milli.Az xəbər verir ki, "ACT Azərbaycan"ın 400 nəfər Bakı sakini arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir. Birgəyaşayışa mənfi yanaşanlar, əsasən, qadınlardır (86 %). 
Cütlüklərin rəsmi sənəd olmadan birlikdə yaşamasına müsbət baxanlar az da olsa var (8 %). Bunlar da, əsasən, güclü cinsin nümayəndələridir (11 %).

Vəziyyətə görə davrananlar 10%-dir və onlar da, əsasən, kişilərdir (11 %). 

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.