ABŞ-dan Türkiyəyə jest: prospektə "Zeytun budağı" adı verildi

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirilib. 

Report "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisinin toplantısında qərar qəbul olunub. 

Qərara görə, Ankara şəhərində ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan prospekti bundan sonra "Zeytun budağı" adlanacaq. 

 

Bundan əlavə, paytaxtın müxtəlif rayonlarındakı "Gülən" adlı 7 küçə və prospektə də, müvafiq olaraq, Vətən, diriliş, bayraq, qayı və hilal adlarının verilməsinə qərar verilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.