Elməddin "Bacanaqlar"dakı rolundan danışdı

14 февраля 2018 22:22

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış aktyor Elməddin Cəfərov "Bacanaqlar" serialındakı Taleh rolundan danışıb.

Milli.Az-a açıqlama verən aktyor 9 ildir ikili həyat yaşadığını etiraf edib:

"Talehin planı ayrı şeydir, Mətanətlə Delyanı qırışdırıb, 3-cü dəfə evlənmək istəyir. Sakitləşə bilmir ki, bilmir, hər yerdə problem axtarır. Düzünü deyim ki, bu obrazı oynamaq çox xoşuma gəlir, çox gülürəm. Artıq 9 ildir ki, bu serialda çəkilirəm. "Motor" veriləndə avtomatik Taleh oluram, çəkiliş bitəndən sonra isə Elməddin. Bir sözlə ikili həyat yaşayıram. Taleh bəzən qorxaqdır, bəzən isə zəif üstünə qışqıran. Çox qəribə, xaraktersiz bir obrazdır" deyə aktyor bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!