ABŞ-da məktəbdə atışma: 17 nəfər öldü - VİDEO - FOTOLAR

15 февраля 2018 08:37

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Florida ştatında məktəbdə atışma baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub.

Xəsarət alanların dəqiq sayı haqqında hələlik məlumat yoxdur. Bəzi məlumatlara görə insident zamanı 20-50 nəfər yaralanıb.

Polisin atəş açan şəxsi müəyyən etdiyi bildirilir. Məlumata əsasən, bu həmin məktəbin keçmiş şagirdlərindən biridir.

XXX

ABŞ-ın Florida ştatının cənubunda yerləşən Parkland şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ən azı 7 nəfər həlak olub.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli KİV-lər öz mənbələrinə istinadla xəbər yayıb.

14 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

XXX

ABŞ-ın Florida ştatının cənubunda məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olub.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu insidentin yer aldığı Brovard dairəsinin şerifi Skot İsrael bəyan edib.

Onun sözlərinə görə, hadisə qurbanlarının 12-si məktəbin binasında, daha üç nəfər küçədə qətlə yetirilib. İki nəfərin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Şerif qeyd edib ki, xəsarət alanların bəzilərinin vəziyyəti ağır olaraq qalmaqdadır.

Skot İsrael həmçinin atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib. Bu həmin məktəbin keçmiş şagirdi 19 yaşlı Nikolas Kruzdur. Daha əvvəl Kruz məktəbdən nizam-intizam qaydalarını pozduğuna görə xaric edilmişdir.

Xatırladaq ki, atışma Mayaminin 60 kilometrliyində yerləşən Parkland şəhərciyindəki məktəbdə fevralın 14-də günorta saatlarında qeydə alınıb. Həmin məktəbdə 14-18 yaşında 3 minə yaxın şagird təhsil alır.

XXX

ABŞ-ın Florida ştatında məktəbdə baş verən silahlı hücumda AR-16 tüfəngindən istifadə olunub.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli KİV-lər insidentin yer aldığı dairənin şerifinə istinadla məlumat yayıb.

Məlumıta əsasən qatil şaqirdləri sinif otqlarındn çıxmağa məcbur etmək üçün yanğından mühafizə siqnalizasiyasını işə salıb. Bununla o daha çox insanın tələf olmasına nail olmaq istəyib.

Xatırladaq ki, hadisə nəticəsində ən azı 17 nəfərin həlak olduğu bilirilib. Cinayətin törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!