Hamı bu günü gözləyir - Gecə saatlarından etibarən başlayacaq

15 февраля 2018 09:59

Day.Az представляет новость на азербайджанском языке

Bu gün ilin ilk Günəş tutulması baş verəcək.

Day.Az report-a istinadən xəbər verir ki, ilk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək.

Tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.

Qeyd edək ki, bu il daha iki Günəş tutulması hadisəsi qeydə alınacaq. Onlardan biri iyulun 13-də, digəri isə avqustun 11-də baş verəcək. Budəfəki Günəş tutulmalarının hamısı qismən olacaq. Yəni, bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!