Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələr dayandırıldı

15 февраля 2018 10:37

Day.Az представляет новость на азербайджанском языке

Yeni hazırlanan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi ilə bağlı müzakirələr dünəndən etibarən dayandırılıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, müzakirələrin dayanmasına baxmayaraq, yeni qaydalarla bağlı işçi qrupa təkliflər daxil ola bilər. İndiyədək komissiyaya 300-dən çox təklif daxil olub.

M.Nağısoylu qeyd edib ki, işçi qrup bir ay müddətində yeni orfoqrafiya qaydaları ilə bağlı indiyədək daxil olan təklifləri sistemləşdirəcək. Bundan sonra isə Orfoqrafiya Komissiyası həmin təkliflərin məqbul olub-olmamasına baxacaq.

İnstitut direktoru əlavə edib ki, bu təklifləri müzakirə etmək üçün Orfoqrafiya Komissiyasının iclası bir aydan sonra keçirilə bilər.

Qeyd edək ki, 69 maddədən ibarət olan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən hazırlanıb. Layihə ictimaiyyətə geniş müzakirə üçün təqdim olunub. Bu layihənin müzakirəyə verilməsinin məqsədi ictimaiyyəti yeni qaydalarla tanış etmək, ona münasibətini bildirmək üçün şərait yaradmaq, nəticədə layihə ilə bağlı dəyərli fikirləri sonda nəzərə almaq olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!