Flora Kərimova: “Makiyajı özümə yaraşdırmamışam…”

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, tanınmış stilist Anar Ağakişiyev xalq artisti Flora Kərimovanı tanınmaz bir dərəcədə dəyişib.  O, 76 yaşlı müğənnini makiyajla tamamilə dəyişib. Ötən gün bütün sosial şəbəkələrdə həmin video paylaşılıb, Kərimovanın yeni imici müzakirələrə səbəb olub. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən xalq artisti Flora Kərimova da yeni görünüşü ilə bağlı açıqlama yayıb. O, instaqram hesabından sözügedən videonu paylaşaraq hər kəsə təşəkkürünü bildirib:

"Bu yaşıma kimi makiyajı, qrimi özümə yaraşdırmamışam. Üzümdəki hər cizgini Allahın lütfü bilib taleyimin naxışı sanıram, amma Anar - böyük anlamda sənətinin sənətkarı olan gəncin əl işi sizlərin yazdığı hər bir gözəl sözlərə layiqdir və düşünürəm ki, onun simasında yaradıcılığı mədəniyyətə, təmsil etdiyi sənətə töhfədir. Anar sadə olduğu qədər deyilən hər bir tərifə layiq bir istedaddır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Flora Kərimova 30 yaş cavanlaşdı