“Elza Seyidcahanı sevirdim”

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı əməkdar artist Vasif Məhərrəmli olub. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi Elza Seyidcahana olan sevgisindən danışıb:

"Elzanı dəli kimi sevməmişəm, amma sevmişəm. Elza xanım tək mənim yox, konservatoriya oxuyan vaxtlarda bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi. Ürəklərində qəlblərində ona qarşı sevgi var idi. Elza xanım indi də gözəldir. O zaman da çox gözəl idi. Açığı deyim ki, Elza xanım çox ağır xanım idi. İndi bir az şıltaqlığı ola bilər, amma o vaxtı kimsə ilə söhbət etdiyini belə mən görməmişəm. Ancaq dərsə gələrdi, ancaq dərsdən gedərdi, belə. Mən də qıraqdan-qırağa onu seyr edərdim".

Vasif Məhərrəmli sevgisini bu yaxınlarda etiraf etdiyini qeyd edib:

"O vaxt demədim, bu yaxınlarda demişəm onu sevdiyimi. Çox normal qarşıladı. İndi mən olmuşam yalan, özü hər yerdə deyir ki, Vasif məni sevir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: