"Azərbaycanda ağır cinayət törətmişlərin də səs vermək hüququ var"

15 февраля 2018 13:25

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda penitensiar müəssisələrdə insanların səsvermə hüququnun təmin olunması ilə bağlı ədliyyə orqanlarının üzərinə mühüm vəzifə düşür.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

A.Cəfərov bildirib ki, Azərbaycanda istintaq təcridxanalarında, həbsxanalarda saxlanılan məhkumların seçki hüquqlarının təmin olunması ilə bağlı çox mütərəqqi qanunvericilik bazası mövcuddur.

Nazir müavini qeyd edib ki, bir sıra Avropa ölkələrində məhkumların səs vermək hüquqları yoxdur, bir sıra ölkələrdə məhdudiyyətlərlə həyata keçirilir, bəzilərində isə ağır cinayət törətmişlərin bu hüququ yoxdur:

"Azərbaycanda isə bütün məhkumların səs vermək hüququ var. Ölkəmizdə uzun illərdir bu təcrübə var və bu prosesin azad və şəffaf şəkildə həyata keçirilməsi üçün bütün mexanizm mövcuddur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!