“Mənə onun lüt bədəni lazım deyil” - Lalə Məmmədova - VİDEO

15 февраля 2018 13:40

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Virtual Həyat" proqramının növbəti müsahibi əməkdar artist Lalə Məmmədova olub.

Day.Az xəbər verir ki, müğənni və model Afaq Aslanla aralarında yaranan gərginlikdən danışan Lalə Məmmədova, yenə də Afaq haqda eyni düşüncədə olduğunu söyləyib:

"Model Afaq Aslan haqda bir söz dedim, ancaq sənətlə bağlı dedim. Dedim ki, sənət göstərsinlər, mənə onun lüt bədəni lazım deyil. O, təhqir deyildi, əslində. O, sənətə sənətçinin bir üsyanı idi, cəmiyyətə çağırış idi".

Afaq Aslan isə ötən buraxılışlarımızdan birində Lalə Məmmədova ilə bağlı bu fikirləri səsləndirmişdi.

"Sən əməkdar artistsən deyirsənsə, mən həmin atmacaları titula yaraşdırmıram. İndiyədək dəfələrlə Lalə Məmmədovanın şəkilləri qarşıma çıxıb. Baxsın görsün, mən bircə dəfə onun şəkillərinin altına yazmışam ki, necə zövqsüz geyinir, yaxud bu, nə makiyajdır ey, kişiyə oxşayır".

Lalə Məmmədova ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!