Ramazan ayının dəqiq başlama vaxtı 16 may deyil

Day.Az представляет новость на азербайджанском языке

Ramazan ayının başlanma tarixi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat yalan çıxıb.

Metbuat.az bildirir ki, sosial şəbəkədə Ramazan ayının 2018-ci ilin may ayının 16-da başlanacağı ilə bağlı məlumat yayılıb. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) yayılan bu informasiyanı təkzib edib.

QMİ-nin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata bildirilib ki, 2018-ci ilin Ramazan ayının təqviminə əsasən Azərbaycanda bu il Ramazan ayı may ayının 17-də başlayır. Ramazan bayramının isə vaxtı hələ ki, məlum deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.