"Yarıçılpaq fotolarımı oğlum çəkir"

Day.Az представляет новость на азербайджанском языке

Gənc qız deyiləm, amma özümü gənc hiss edirəm. Oğlum da mənə bu hisslərimdə dəstək olur.

Məşhur amerikalı aktrisa Elizabet Hörli belə deyir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, milyonçu iş adamı Stiv Binqin xanımı, 52 yaşlı Şörlinin sözlərinə görə, onun sosial şəbəkələrdəki profillərdə paylaşdığı yarıçılpaq fotolarını 15 yaşlı oğlu Demian çəkir.

Hörli belə fotoları İnstagram-dakı profilində paylaşmağı daha çox sevir.

Onun İnstagram profilinin 833 min daimi təqibçisi var.

"Fotolarımı oğlum çəkir və gözəl olduğumu deyir", - E.Hörli söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.