"Tamaşaçını söymüşəm, əccəb etmişəm" - Vasif Məhərrəmli - VİDEO

15 февраля 2018 15:38

Day.Az представляет новость на азербайджанском языке

"Damla Əliyeva deyə biri var sosial şəbəkədə. Artıq onu blok etdim. Qızdı, oğlandı bilmirəm, amma adı belə gedir. Yəqin ki qız idi. Mənə yazır ki, salam, Vasif müəllim. Mən sizi əməkdar artist adı almağınız münasibəti ilə təbrik edirəm. Vasif müəllim, mən sizi çox sevirəm. Siz mənim sevgilimə bənzəyirsiniz. Ədalət Şükürovla şəkil qoymuşdum. Bu qız da girib şəklin aşağısına yazıb ki, ikinizdən də zəhləm gedir. Mən mesajlara girib baxdım ki, bu, mənə tərif yazan qızdı. O, həm də mənə yazmışdı ki, bir az bizə pul verin".

Day.Az xəbər verir ki, bu sözləri açıqlamasında ARB TV-nin "Səhər-Səhər" proqramına qonaq olan əməkdar artist Vasif Məhərrəmli deyib:

Daha sonra əməkdar artist bütün bu olanların onu özündən çıxartdığını bildirib:

"Mən də girdim artıq necə lazımdı öz münasibətimi bildirdim. Bəli, söymüşəm, əccəb etmişəm. Birdən insan elə qıcıq olur ki, təhqiramiz sözlər yazılarkən. Dedim məndən xoşun gəlmirsə, izləmə. Mən demirəm mənə, biz və yaxud digər həmklarlarıma tərif yağdırın. Tənqidi də yanaşa bilərsiniz. Amma hörmət çərçivəsində". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Vasif Məhərrəmli od püskürdü

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!