Rusiyada yanğında ölən üç azərbaycanlının meyiti vətənə göndərilib

15 февраля 2018 15:37

Day.Az представляет новость на азербайджанском языке

Orenburqda baş verən yanğın zamanı ölən üç azərbaycanlının meyiti xüsusi aviareyslə Bakıya göndərilib.

Day.Az xəbər verir ki, bu barədə report-a Orenburq vilayəti Azərbaycanlılarının Milli Konqresinin prezidenti Ələddin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün meyitləri göndərilənlərin hər üçü Masallı rayonunda dəfn ediləcək. O, meyitin vətənə göndərilməsi üçün lazım olan pulun dünya azərbaycanlıları tərəfindən toplandığını vurğulayıb.

"Bu, normal praktikadır: azərbaycanlılar həm ağır günlərdə, həm də şad günlərdə bir yerdə olmalıdır. Azərbaycanın Rusiyadakı səfirliyindən bizə zəng vurub yardım təklif etdilər, amma hələlik öz gücümüz çatır", - Ə.Məmmədov bildirib.

Konqres başçısı əlavə edib ki, dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Orenburq şəhərinin meri Yevgeni Orapov arasında telefon danışığı olub və onlar yanğında xəsarət alanlara yardım məsələsini müzakirə ediblər.

Hazırda xəstəxanada olanlardan biri - səkkiz yaşlı Sevinc Quliyeva özünə gəlib və artıq danışır.

Digər xəsarət almışların vəziyyəti sabit ağır kimi qiymətləndirilir. Onların hamısında bütün orqanların fəaliyyəti süni aparatlar vasitəsilə təmin olunur.

Xatırladaq ki, Orenburqda yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.

İlkin məlumatlara görə, yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.

Şəhərin tibb məntəqəsinə yeddi nəfər, o cümlədən üç yetkinlik yaşına çatmamış uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər.

Faktla bağlı cinayət işi açılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!