Həcc kvotası 600-dən 2000-ə qaldırılıb

15 февраля 2018 15:46

Day.Az представляет новость на азербайджанском языке

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.

Day.Az APA-ya istinadən xəbər verir ki, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. 

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.

 

Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!