Sevgilisinin otağına girəndə həyatının şokunu yaşadı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Düzce rayonunun Gümüşova qəsəbəsində, 14 fevral "Sevgililər günü"ndə sevgilisi Ş.Ö.-nün (15) hədiyyəsini vermək üçün pəncərədən otağına girən R.O.A. (19) adlı gənc qızın atası ilə qarşılaşınca özünü pəncərədən atıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, xəsarət alan gənci tutan ata polisə təhvil verib. Gənc barədə cinayət işi açılıb.

İstintaq aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.